Qobustanda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanıldıbackend

Qobustanda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanıldı

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, tədbirlərlə Ü.Musayev, E.Hüsüyev və A.Məmmədov saxlanılıb.

Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*