ABŞ-ın Ohayo ştatının 105 yaşlı sakini Florens Hekmana ad günü münasibətilə “Fireball” şirkəti 105 mini şüşə darçınlı viski hədiyyə edib.
KONKRET.az “Fox News”a istinadən xəbər verir ki, bu,hər gün bir butulka “Fireball” içən Hekmana şirkətin sürprizi olub.
Yaşı bir əsri keçən Hekman uzunömürlülüyün sirrini də spirtli içkiylə bağlayır. İçərisində 105 mini şüşə içki olan səbət şirkət tərəfindən Hekmanın yaşadığı qocalar evinə göndərilib. Sürpriz bəyənilib və qocalar evinin digər 50 sakininə də Hekmanın istifadə etdiyi viski hədiyyə edilib.
Vəli Həsənov,
KONKRET.az