Qocaman şair vəfat etdibackend

Qocaman şair vəfat etdi

Şair-publisist Soltan Abbas 92 yaşında vəfat edib.

KONKRET.az report-a istinadla xəbər verir ki, bu gün Neftçala rayonunun Ballıca kəndində yaşadığı evdə dünyasını dəyişən mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.

Soltan İsrafil oğlu Abbasov 1933-cü il yanvarın 7-də anadan olub. Bədii yaradıcılığa 1960-cı ildən başlayıb. 1985-ci ildən Azərbaycan yazıçılar Birliyinin üzvü olan Soltan Abbas “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar-ömür yolum”, “Səyyah etdi söz məni”, “Nakam ömrün yaşıl anları”, “Ömrü yaşadan sözlər” və s. kitabların müəllifidir.

1994-cü ildə “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*