Qolikova Putinin epidemioloqlara şəxsən zəng etdiyindən danışdıbackend

Qolikova Putinin epidemioloqlara şəxsən zəng etdiyindən danışdı

Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyasının ilk mərhələlərindən vəziyyətdən xəbərdar olmaq üçün şəxsən epidemioloqlara zəng edib.

KONKRET.az xəbər verir ki, bu məlumatı RİA Novosti agentliyi Rusiya Baş nazirinin müavini Tatyana Qolikovaya istinadən yayıb.

“Çox vaxt telefon zəngini Nazirlər Kabineti vasitəsilə deyil, birbaşa edir” deyib.

Vladimir Putin iyunun 20-də ölkədə koronavirus epidemiyasının geri çəkildiyini elan edib. O, həmçinin həkimlərin koronavirusla mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirib və qeyd edib ki, onlar bu infeksiyadan minimum itkiyə nail olublar.

İyunun 15-də Rusiya lideri ölkənin pandemiyanın nəticələrini aradan qaldırmağı bacardığını söyləyib.

Rusiyada son bir gündə 83 bölgədə 7600 yeni koronavirus infeksiyası aşkar edilib. Pandemiyanın başlanmasından bəri koronavirus 592280 sakində tapılıb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*