Kinqisepp şəhərində yaşayan kişi qonşusunun alt paltarına II Dünya Müharibəsi dövrünə aid hərbi qranat qoyub.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, Marks küçəsində yerləşən birgə yaşayış evində qonşular arasında baş verən mübahisədən sonra kişi qadının büstqalterinə qranat yerləşdirib, sonra isə onu geri götürərək otağına çəkilib.
Zərərçəkən bir neçə gün sonra polisə müraciət edib. Polis saxlanılan şəxsə baxış zamanı korroziyaya uğramış II Dünya Müharibəsi dövrünə aid F-1 qranatı tapıb.
Məlum olub ki, həmin şəxs daha əvvəl də müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb olunub. Ona Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 222.1-ci maddəsi – “Partlayıcı maddələrin qanunsuz saxlanması” üzrə cinayət işi açılıb.
Qranat ekspertlərə təhvil verilib, hazırda onun necə əldə edildiyi araşdırılır.