NATO-nun 170 min əsgərdən ibarət hərbi kontingenti Ukraynaya daxil olacaq. Bir neçə min əsgər isə Ermənistandan gələcək.
KONKRET.az xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordon deyib.
Ukrayna ətrafında müharibənin nəticəsi ilə bağlı jurnalist kompromis olacağını qeyd edib.
“Ukrayna işğal olunmuş, lakin tanınmayan bu əraziləri tərk edəcək. Onsuz da heç bir ölkə bu əraziləri Rusiya ərazisi kimi tanımır, xüsusən də Qərb. İkincisi, NATO ölkələrinin qoşunları Ukrayna ərazisinə daxil olacaq”, – jurnalist bildirib.
Qordonun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski bu gün Avropa dövlətlərinin liderləri ilə mühüm görüş keçirəcək, onlarla Şimali Atlantika Alyansı qoşunlarının Ukrayna ərazisinə daxil olması prosesi müzakirə olunacaq.
“Deyildiyi kimi 40 min yox, 150 min, hətta 170 min NATO əsgəri Ukrayna ərazisinə daxil olaraq təmas xəttində yer alacaq. Amma bu, yalnız müqavilə bağlanandan sonra baş verəcək. Bunlar prezident Makronun simasında bu aksiyanın təşəbbüskarı olan Fransadan, eləcə də Böyük Britaniya, Polşa, Latviya, Litva, Estoniya, Niderland, Norveç, Danimarka, İsveç və Finlandiyadan olan hərbçilər olacaq. Hətta Ermənistanın iştirakı da istisna edilmir, çünki prezident Makron bu barədə Nikol Paşinyana deyib. O isə “hə” cavabını verib.
Mən sizə “dəhşətli sirr” deyirəm: Ermənistandan bir neçə min nəfərin gəlməsi mümkündür”, deyə Qordon bildirib.
Günel Mikayılova,
KONKRET.az