Qriqori Saakyan: “Azərbaycan müharibəyə hazırlaşır. Bu ölkənin atdığı addımlar yalnız pessimizmi ruhlandırır”backend

Qriqori Saakyan: “Azərbaycan müharibəyə hazırlaşır. Bu ölkənin atdığı addımlar yalnız pessimizmi ruhlandırır”

“Azərbaycanın davranışı ilə bağlı yalnız bir nəticə var: düşmən müharibəyə hazırlaşır. Ola bilər müharibə sabah, 3 və ya 5 ildən sonra başlaya bilər. Bunu indidən demək çətindir. Bunun qarşısını almaq üçün ordunu gücləndirmək, möhkəmləndirmək və mövcud potensialımıza inam yaratmaq tələb olunur”.

KONKRET.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Qriqori Saakyan bildirib. Politik.am-a müsahibə verən hərbiçi vurğulayıb ki, Azərbaycan sərhəd bölgələrində getdikcə möhkəmlənir. Və bu, yalnız qoşunların bütün təmas xəttində müşahidə olunur.

Saakyan qeyd edib ki, Dördgünlük Aprel MüharibəsiErmənistan üçün olduqca ağır sınaq olub: “Həyatda çətin epizodları yaşamış insanlar bu təcrübəni yenidən yaşamaq istəmirlər. Aprel savaşından sonra hər şey prinsipcə aydın oldu. Biz nə baş verdiyinin, necə məğlub olduğumuzun, hansı problemlərimizin olduğunun fərqində olmalıyıq”.

Erməni polkovnik dördgünlük müharibənin nəticələrini bütün ermənilər üçün təhqir hesab edir: “Aprel müharibəsindən sonra hər kəs üçün və bütövlükdə silahlı qüvvələr üçün müharibənin bütün epizodlarını, nöqsanlarımızı və üstünlüklərimizi təhlil etmək imkanımız oldu. Biz bundan ibrət götürməli və davam etməliyik”.

Jurnalistin “Cənab Saakyan, aprel döyüşlərindən 3 il keçdi. Hərbi və siyasi xadim olaraq, sülh yolu ilə nizamlanma meyllərini görürsünüzmü?”, – sualına Qriqori Saakyan belə cavab verib:

“Mənim üçün Azərbaycanın aqressivləşməsi məsələnin sülh yolu ilə həlli üçün bir şans buraxmadığı kimi nəzərə çarpır. Deməzdim ki, bütün imkanlar tükənib, amma Azərbaycanın atdığı addımlar yalnız pessimizmi ruhlandırır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*