Bu gün Qriqori təqvimi ilə yeni il qeyd edilir. Ümumiyyətlə Qriqori təqvimi nədir və necə yaranıb?
KONKRET.az həmin təqvimlə bağlı bəzi məqamlara aydınlıq gətirib. Qriqori təqvimi dünyanın əksər ölkələrinin rəsmi təqvimidir. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunub. Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilib.Qriqori təqviminin Yuli təqvimidən fərqi -13 gündürsə, XIX əsrdə-12 gün, XVIII əsrdə-11 gün, XVII və XVI əsrlərdə isə-10 gün olub. Yuli təqvimində 4 ildən bir fevral ayı 29 gün olur. Qriqori təqvimində də belədir, amma sonu iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 29 gün olmur, yəni Yuli təqvimində 1700, 1800, 1900, 2100-cü illərdə fevral ayı 29 gün olduğu halda, Qriqori təqvimində həmin illərin fevral ayı 28 gündən ibarətdir.
Bu,Qriqori təqvimi haqqında kiçik bir araşdırmaydı və qısa da olsa bu məsələyə aydınlıq gətirməyə çalışdıq. Məsələnin başqa tərəfi isə ermənilərin bu təqvimi erməni kilsəsinin adıyla bağlamağa cəhd etməsidir. Ümumiyyətlə Qriqori təqviminin Qriqoryan kilsəsinə hər hansı əlaqəsi varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən dini ekspert Tural İrfan bildirib ki, bunların heç bir əlaqəsi yoxdur və erməni kilsəsi sadəcə xristianlığın ən radikal qanadıdır:
“Heç də səmavi dinlərə xas olmayan tərzdə milliləşdirilmiş təriqət olan Qriqoryanlıq bir çox xüsusiyyətlərinə görə fərqlənir. Dindən çox siyasət və erməniçilik ideologiyasını yaymaqla məşğul olur, terrora dəstək verir. Hazırda əsas mərkəz Ermənistandakı Üçmüəzzin şəhərində, digəri isə Livandadır. Vaxtilə xlafət dövründə xəlifələrə yaxınlaşaraq Bizansa qarşı mövqe tutan bu kilsə fürsət düşdükcə xilafətə də xəyanət edirdi. Erməni kilsəsinin yarandığı vaxtdan indiyə kimi göstərdiyi fəaliyyət və məqsəd dini-etnik münaqişələr yaratmaq, erməni terrorizmini dəstəkləmək, türk-müsəlman əhalisini etnik təmizləməyə və deportasiyaya məruz qoymaq olub. Bir növ bu təriqəti öz faşist ideoloji dəsti-xətti olan terror təşkilatı da hesab etmək olar. Yəni, belə bir dini cərəyanın dini ayinləri, ibadətləri, bayramları sadəcə formal olaraq qəbul etdiyi şübhəsizdir. Əsas məqsədi dini, mənəvi dəyərlər yox, siyasi fəaliyyətdir. Qriqoryan kilsəsi eyni zamanda hər şeyin yerini, adını dəyişmək, erməniləşdirmək üçün çalışır. Fars ideoloqları müsəlmanlardan fərqlənmək üçün bayramları hər il fərqli günlərə saldıqları kimi erməni kilsəsi də fərqlənmək üçün, guya özünün də nədəsə müstəqil mövqeyi olduğu görüntüsü yaratmaqdan ötəri müəyyən rituallarda, bayramlarda dəyişiklik edib. Həzrət İsanın doğumunu, yəni mövludunu da fərqli gündə qeyd edirlər. Bu təriqətin əsasını Bizans zamanında indiki Türkiyənin Kayseri bölgəsindən gəlmiş Qriqor, Kirkor adlı şəxsə bağlayırlar. O şəxs barədə də qeyri dəqiq məlumatlar var, erməni olması da dəqiq deyil. Qurduğu cərəyanı Həzrət İsanın həvarilərinə bağlayan Qriqor başqalarından fərqlənən bir məzhəb formalaşdırsa da əslində ermənilər sonradan bu cərəyanı təhrif ediblər. Öz milli ideologiyalarını, siyasi məqsəd və maraqlarını radikal şəkildə kilsə məramına çeviriblər. Odur ki, bu kilsəni dini cərəyan hesab etmək olmaz. Eyni zamanda Qriqor təqviminin də Qriqoyna kilsəsinə heç bir bağlılığı yoxdur”.
Vəli Həsənoğlu,
KONKRET.az