“Regional kommunikasiyaların bloklanması prosesində iştirak edən bütün tərəfdaşlara aydın olub ki, blokun açılacağı təqdirdə Ermənistan ərazisində sərhəd nəzarəti bütünlüklə Ermənistan tərəfindən həyata keçiriləcək”.
KONKRET.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə hesab edir.
Armen Qriqoryan İctimai TV-yə müsahibəsində deyib ki, “Blokada ilə bağlı vacib məqam var. Hesab edirəm ki, indi bütün tərəfdaşlar üçün aydındır ki, sərhəd nəzarəti tamamilə biz tərəfdən həyata keçiriləcək. Ermənistanın bu məsələdə mövqeyi çox aydındır”, – deyə Qriqoryan bildirib.
Qriqoryan ətraflı qeyd edib ki, blokadanın aradan qaldırılması məsələsində Ermənistan tərəfinin əməl etdiyi üç əsas prinsip var. Söhbət Ermənistan ərazisindən keçən yollar üzərində suverenlik və yurisdiksiyadan gedir. Ermənistana da Azərbaycan ərazisindən keçmək imkanı verilməlidir.
Qriqoryanın sözlərinə görə, blokun açılması bu prinsiplər çərçivəsində baş tuta bilər. “Bilirsiniz ki, Ermənistan uzun müddət bu prinsiplərdən kənar həll yolu tapmaq üçün müxtəlif yollarla təzyiqlərə məruz qalıb. Hazırda Ermənistanın o addımı atmayacağı daha aydın olub”, – deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.
Qeyd edək ki, Moskva istəyir ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinə Rusiya Sərhəd Qoşunları nəzarət etsin. Görünən isə odur ki, Ermənistan bununla razılaşmaq istəmir.
Rəsmiyyə Şərifova,
KONKRET.az