Quba meşələri amansızcasına qırılır – VİDEO-FOTOLARbackend

Quba meşələri amansızcasına qırılır - VİDEO - FOTOLAR

Təqdim etdiyimiz şəkillər və video görüntülər dünən səhər saatlarında Quba Regional Meşə Mərkəzinin ərazisinə daxil olan dolaylarda çəkilib. Şəkillər Qubanın Rustov kəndində yerləşən 2-ci dolayında, video görüntülər isə Quba meşəbəyliyinin prezident yolu adlanan ərazisində lentə alınıb. Kəsilən bu ağacların bir hissəsi rayonda yerləşən emal sexlərinə, bir hissəsi isə Bakıdakı mebel emalatxanalarına aparılıb. Həmin emalatxanaların isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbərinə aid olduğu bildirilir. Nazirliyin meşələrin inkişafı departamentinin rəhbəri Ağaqardaş Qaraşova məxsuz olan bu sexlərin əsas xammal mənbəyi də Quba və Qusar meşələridir. Çünki mebel istehsalı üçün lazım olan  texniki keyfiyyətlərə malik olan əsas ağac növləri Quba və Qusar meşələrində zəngindir. Konkret.az-ın əldə etdiyi məlumatlara görə, hazırda Quba Regional Meşə Mərkəzinin 2,3 və 6-cı dolaylarında intensiv qırıntı işləri aparılır. Bundan başqa rayonun Şuduğ kəndi ərazisinə yaxın olan meşə zolaqları da da kütləvi qırılır. Kənd sakinlərindən aldığımız məlumata görə, kəsilən ağaclar iri tutumlu yük avtomobilləri ilə Bakıya daşınır. Yerdə qalan emala yararsız oduncaq hissələri yeşik sexlərinə satılır. Qeyd edək ki, hazırda təkcə Quba rayonunda 20-yə yaxın belə sex fəaliyyət göstərir. Növbəti araşdırmamızda rayonun digər meşə dolaylarında aparılan qanunsuz kəsinti halları barədə fakları təqdim edəcəyik.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*