Quba sakini Leyla Əliyevaya müraciət etdi-VİDEObackend

Quba sakini Leyla Əliyevaya müraciət etdi - VİDEO

1 həftədir evindən çıxarılan ailə küçələrdə yatır

Quba rayon sakini 1965-ci il təvəllüdlü Əhmədova Zümrüd Məmmədəli qızı məhkəmənin 2016-cı ildə verdiyi qərara görə, ailəsi ilə birlikdə yaşadıqları Quba rayon Qəbələ küçəsi 14, dalan 2 ünvanında olan mənzilindən çıxarılıb. Qərar 2016-cı ildə verilməsinə baxmayaraq icrası bu ilin avqust ayında məcburi qaydada həyata keçirilib. Qərara görə, ailənin yalnız 119 kv metrlik miras yurdundan çıxarılması nəzərdə tutulsa da, icra şöbəsi həmin mənzilə bitişik olan, sonradan tikilmiş 60 kv metrlik mənzildən də çıxarılmasını icra edib. Halbuki həmin 60 kv metrlik yeni mənzilin iddiaçı tərəfin tələb etdiyi 119 kv metrlik mənzilə heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq, məhkəmə iddiaçı tərəf olan Əhmədova Mariya Məmmədağa qızının iddiasını müəmmalı şəkildə müdafiə edərək sonradan ailənin özlərinə məxsuz digər mənzildən də çıxarılmasını təmin edib.

Cəlal Fərzəliyev

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*