Quba sakininin 79 milyon manat vergi borcu varbackend

Quba sakininin 79 milyon manat vergi borcu var

Xəstəxanada 200 manat aylıq müvaciblə mühafizəçi çalışan gəncin 79 milyon vergi borcu necə yarana bilər?

Quba rayon sakini 1985-ci il təvəllüdlü Babayev Elxan Nazim oğlunun bank hesabında 1 qəpik də pul yoxdur. Daha doğrusu, onun heç bank hesabı da yoxdur. O, ömründə bir dəfə də olsun heç bankdan pul da almayıb. Amma buna baxmayaraq, Elxan Babayevin öhdəliyində 79 milyon manat vergi borcu var. O, bu vaxta qədər ya muzdlu fəıhlə, ya da özəl mühafizə şirkətlərində mühafizəçi işləyib. Aylıq 200 manat məvacib alan Elxan Babayev dərdini KONKKRET.az-ın Şimal bölgə müxbirinə danışıb….

– Zəng edib vergiyə olan borcumu ödəməyi tələb etdilər. Vergilər idarəsinə yaxınlaşdım. Borcu soruşdum. Dedilər sizin 79 milyon manat borcunuz var.

Elxan borcun haradan yarandığını öyrənməyə başlayıb. Öyrəndikcə məlum olub ki, o, milyonlarla kapitalı olan 5 müxtəlif şirkətin rəhbəridir. Özünün də xəbəri olmadan həmin şirkətlərlə böyük tenderləri qazanaraq ölkədə milyonlarla manatlıq işlər görübmüş. Adı böyük kapitalı olan şirkətlərdə təsisçi və icraçı şəxs kimi gedən Elxan Babayev isə mühafizəçi çalışdığı şirkətdən aylıq 200 manat məvacib alırmış.

O, 2 il əvvəl Şıxov ərazisində olan neftçıxarma quyularının təmirində gündəlik 20 manat müqabilində muzdlu fəhlə işləyib. Həmin vaxt şirkətin rəhbəri bir neçə fəhlənin şəxsiyyət vəsiqəsini tələb edib. O zaman vəsiqələrin sənədləşmə işi üçün lazım olduğunu bildiriblər. İşlər bitəndən sonra o, yenidən Quba rayonuna qayıdıb. Vergi borcunun olduğunu da ele bu zaman bilib. Elxan Babayevin xəbəri olmadan onun şəxsiyyət vəsiqəsi ilə 5 şirkət təsis edən şəxs və yaxud şəxslərin kimliyi isə hələ də ona məlum deyil.

-Sonra qardaşıma zəng gəldi. Dedilər sizin vergiyə borcunuz var. Qardaşım da o zaman mənimlə bir yerdə işləyib.

– Qardaşınızın borcu nə qədərdir?

– Onda azdır, “cəmi”.2 milyon manat.

Ümümilikdə Babayevlər ailəsinin vergi borcu 81 milyon manatdır. Onlar bu barədə dəfələrlə aidiyyəti dövlət qrumlarına müraciət ediblər. Amma heç bir nəticə hasil olmayıb. Elxan və qardaşı – 1981-ci il təvəllüdlü Natiq Babayev 2 ay əvvəl Vergilər naziri Mikayıl Cabbarovun qəbuluna düşmək üçün növbəyə yazılıblar. Bu ayın sonunda 81 milyon manat vergi borcu olan qardaşlar nazirin qəbulunda olacaqlar. Məsələ ilə əlaqədar Babayevlər ailəsi hüquq-mühafizə orqanlarına da müraciət edib. Borca görə məhkəmə onların ölkədən çıxışına da qadağa qoyub…

– Vergilərdən dedilər ki, heç olmasa, az-az da olsa, ödəməyə başla. Bu qədər borcu.200 manat əmək haqqı ilə necə ödəyim?

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*