Qubanın Qırmızı Qəsəbə sakini Maqiya Abdıyeva öz anasından şikayətçidir.
KONKRET.az-ın şimal bürosu xəbər verir ki, ana-qız arasındakı narazılığa səbəb 6 yaşlı Bahardır.
Maqiya vaxtilə küsülü olduğu həyat yoldaşı Elnurla barışdığı üçün anası buna etiraz edir. Övladıyla birlikdə 3 il anasının yanında qalan Maqiya bildirir ki, 2018-ci ildən həyat yoldaşı ilə yenidən nikah bağlayıb, ər evinə dönsə də, anası azyaşlı övladını Maqiyaya qaytarmaq istəmir.
Şikayətçi deyir ki, məsələ ilə əlaqədar məhkəməyə müraciət edib və uşağın ona qaytarılması ilə bağlı qərar qəbul olunub. Buna baxmayaraq, anası Nuriyyə Abdıyeva hər dəfə onu qapıdan qovur. M.Abdıyeva həmçinin anasının azyaşlı Baharı təzyiq altında saxladığını da istisna etmir.
Maqiyanın qayınanası Fəridə Abdıyeva məhkəmə qərarının icra edilməməsindən narazılığını bildirir və nəvəsinin valideynlərinə qaytarılmasını israrla tələb edir.
Ailə övladlarının onlara qaytarılması üçün aidiyyəti orqanlardan kömək istəyir.
Emin Kərimov,
KONKRET.az