Qubada əməliyyat: saxlanılanlar varbackend

Qubada əməliyyat: saxlanılanlar var

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Baxşiyev və Salyan rayon sakini Yadulla Səmədov tutulub.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, onlardan külli miqdarda psixotrop maddə — metamfetamin, heroin, ümumilikdə 117 ədəd metadon, preqabalin və tramadol həbləri aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*