backend

Qubada gənc qız dəm qazından zəhərləndi

Quba rayonunda yeniyetmə qız dəm qazından zəhərlənib.

KONKRET.AZ -ın şimal bölgə müxbiri xəbər verir ki, hadisə Quba şəhəri, “32/33-cü kvartal” adlanan yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan, 2002-ci il təvəllüdlü Heybətova Validə Zaur qızı yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib.

Gənc Quba Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Hazırda xəstənin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Hazırladı: Cəlal FƏRZƏLİYEV,  Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*