Qurban bayramı günlərində sərt karantin rejimi bütün ölkədə tədbiq ediləcək? – AÇIQLAMAbackend

Qurban bayramı günlərində sərt karantin rejimi bütün ölkədə tədbiq ediləcək? - AÇIQLAMA

Avqustun 5-nə kimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən, Şəki rayonlarında sərt karantin rejimi tədbiq edilir. Qurban bayramı günlərində sərt karantin rejimi bütün ölkə üzrə tədbiq edilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat İlham Məmmədov bildirib ki, hər dəfə kəskin inzibati yollara əl atmaq olmaz:

“İnsanlarımız bu məsələdə öz məsuliyyətini dərk etməlidir. Bakıdan bir nəfərə Kürdəmir rayonununa yasa gedib. Orada kütləvi şəkildə 40 nəfəri koronavirusa yoluxdurub. Bir nəfərin məsuliyyətsizliyinə görə dövlətin yükünü artırmaq düzgün deyil. Bu cinayət, milli xəyanət hesab olunur. Düzdür kəskin addımlar atılmır. Dövlət hər zaman yumşaldıcı addımlar atır, ümid edir ki, insanlarımız məsuliyyətli olarlar. Çox təəssüf ki, bəzi insanlarımız bunu anlamır. Qurban bayramı günlərində bütün ölkə üzrə sərt karantin rejiminin tədbiq edilməsinə ehtiyac yoxdur. Sadəcə sərt karantun rejimin tədbiq edilmədiyi rayonların inzibati strukturları səfərbər olmalı, maarifləndirmə işləri aparmalıdır. Qurban bayramı günlərində insanların kütləvi toplaşmasına icazə verilməsin. Mənim fikrimcə karantin rejiminə əməl edilməsi məsələsi hər zaman nəzarətdə saxlanılmalıdır. Çünki bu bəla hələ bitməyib”.

Deputat qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata diqqət etsək görərik ki, dünya üzrə sutka ərzində koronavirusa yoluxanların sayı artıb:

“Əgər bu dünya üzrə belədirsə bu bütün bəşəriyyaətə siraət edə bilər. Hansısa ölkələrdə yumşalmalar və turistlərin qəbulu var. Düşünürəm ki, karantin rejiminin qaydalarına əməl edilməsi məsələsi diqqətdə saxlanılmalıdır. Çünki insanlar çox suistifadə edirlər. Şəhərdə axşamlar maşın əlindən tərpənmək olmur. Gecələr insanlar parklara axışırlar.Bütün bunlar yoluxanların sayının yenidən artmasına və səhiyyəmizin yükləməsinə, ölkə iqtisadiyyatının çətin vəziyyətə düşməsinə şərtləndirən amillərdəndir. İnsanlarımız anlamalıdır ki, pandemiya hələ bitməyib. Yoluxanların sayı hələ də 300-400 arasındadır. Biz hətta bilmirik ki, bu rəqəmlər nə zaman aşağı düşəcək.Hər gün ölüm halları da var. Qurban bayramı günlərində bütün ölkə üzrə sərt karantin rejiminin tədbiqinə ehtiyac yoxdur. Düşünürəm ki, sadəcə karantin qaydalarına nəzarət gücləndirilməldir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*