Qurban kəsərkən bu vacib məqamlara əməl edin, yoxsa… – XƏBƏRDARLIQbackend

Qurban kəsərkən bu vacib məqamlara əməl edin, yoxsa... - XƏBƏRDARLIQ

“Qurbanlıq heyvanların kəsimi yalnız bu məqsəd üçün ayrılan, sanitar norma və tələblərə cavab verən məkanlarda aparılmalıdır. Belə yerlər su ilə təchiz edilməli, kafellə örtülmüş səthlərə malik olmalıdır”.

Bu fikirləri qida mütəxəssisi Ağa Salamov KONKRET.az-a açıqlamasında səsləndirib:

Bizim nənə babalarımız trans yağ yeməyib” - Qida eksperti Ağa Salamov

“Bundan əlavə, kəsimə aparılan heyvanların mütləq şəkildə baytar nəzarətindən keçməsi vacibdir. Baytar nəzarəti heyvanın sağlamlığını təsdiq edən əsas amildir və gələcəkdə mümkün qida zəhərlənmələrinin qarşısını almağa xidmət edir”.

Mütəxəssis həmçinin kəsimdən sonra ətin müəyyən müddət ərzində “dinlənməsinin” vacibliyini vurğulayıb.

“Belə ki, iribuynuzlu heyvanların əti 24 saat, xırdabuynuzluların isə 12 saat dinlənməlidir. Bu proses ət liflərindəki sinirlərin ölməsi, ətin rahat doğranması, yaxşı həzm olunması və ümumilikdə sağlamlıq baxımından əhəmiyyətlidir. Yay mövsümündə yüksək temperatur səbəbilə ətin otaq şəraitində uzun müddət qalması qətiyyən məsləhət görülmür. Ət ya dərhal emal olunmalı, ya da tez bir zamanda soyuducuya yerləşdirilməlidir”.

Qida ekspert qeyd edib ki, bişmiş qurban ətləri də süfrədə uzun müddət saxlanmamalıdır.

“Əgər artıq qalan kabab və digər bişmiş ətlər varsa, onlar +4 dərəcədə çalışan soyuducuda maksimum 48 saat ərzində saxlanıla bilər. Bu müddətdən sonra həmin ətlərin istifadəsi zəhərlənmə riski yaradır. Saxlanılmış ət yenidən yeyilərkən isə onun yaxşıca isidilməsi mütləqdir. Qurban bayramı günlərində həm fərdi sağlamlıq, həm də ictimai gigiyena baxımından bu tövsiyələrə əməl olunması mühüm əhəmiyyət daşıyır”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*