Qurban Qurbanov “Barselona”nın düşərgəsindəbackend

Qurban Qurbanov "Barselona"nın düşərgəsində

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Barselona”nın düşərgəsinə yollanıb.

KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis İspaniyaya ötən gün yola düşüb. Onunla birlikdə səfərə Ağdam klubunun tərcüməçisi Elvar Quliyev də yollanıb.

Qurbanov “Barsa”nın təlim-məşq bazasındadır. O, komandanın məşq proseslərini izləyir. Eyni zamanda almaniyalı həmkarı Hans Fliklə görüşməsi planlaşdırılır.

53 yaşlı mütəxəssis səfər boyunca klubun bazasındakı şəraitlə tanış olacaq. Onun “La Masiya”ya baş çəkməsi də planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*