Qurban Qurbanov: “Sanki meydana çempion komanda çıxmamışdı”backend

Qurban Qurbanov: "Sanki meydana çempion komanda çıxmamışdı"

“Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər”.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXV turunda “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının meydanda sonadək döyüşdüyünü bildirib: “Sanki meydana çempion komanda çıxmamışdı. Çünki oyunçular final fitinə kimi əzmkar mübarizə apardılar. Keyfiyyətli hücumlarımız çox oldu. Rəqibi fərdi epizodlarda üstələdik. Uşaqlarla qürur duyuram”.

Q.Qurbanov yerli və bacarıqlı futbolçulara daim şans verdiklərini bildirib: “Bizim üçün hər biri dəyərlidir. Düzdür, lider komandayıq və bizdən tələblər çoxdur. Rotasiya etmək imkanımız az olur. Kluba ilk gəldiyim vaxtlarda avrokubok oyunlarında meydana 10 azərbaycanlı futbolçu çıxarırdım. Bunun da faydasını görürdük”.

Xatırladaq ki, Ağdam təmsilçisi vaxtından əvvəl çempionluğu təmin edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*