Aral gölünün qurudulmuş yatağının Qazaxıstan tərəfində 2025-ci ilə qədər sahəsi 1,1 milyon hektar olan saksaul meşəsi salınacaq.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Aral gölünün qurudulmuş ərazilərində meşə yaratmaq üçün 753 min hektar sahədə torpaq tədqiqatları aparılıb. Bu gün Aralda əkin və becərmə üçün toxumların hazırlanması məqsədilə infrastruktur işləri tanm həyata keçirilib, həmçinin xüsusi zəruri texnika alınıb.
Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi son üç ildə 544,5 min hektar sahədə meşə səpini aparıb.
Natiq Səlim,
KONKRET.az