Qusardakı palçıq vulkanının video-görüntüləri yayıldıbackend

Qusardakı palçıq vulkanının video-görüntüləri yayıldı

Qusarın Ləzə kəndində palçıq vulkanının video-görüntüləri sakinlər tərəfindən lentə alınıb. Videoda Qusardakı vulkan püskürməsi nəticəsində çaylara böyük vulkan kütlələrinin daxil olduğu anbaan əksini tapıb. Sakinlər Konkret.az-ın şimal bürosunun müxbiri ilə söhbətində bildiriblər ki, kəndin əkin sahələri palçıq axını nəticəsində istifadəsiz vəziyyətə düşüb. Ağaclar və tərəvəz məhsulları quruyub. Artıq Qusarın içməli su təchizatında problemlər aradan qaldırılıb. Qeyd edək ki, palçıq vulkanı Ləzə kəndində 1993-cü ildə qeydə alınıb. Həmin il 3 ev palçıq altında qalmışdı. 2006-cı ildə təkrarlanan palçıq axını sakinlərin şəxsi təsərrüfatına xeyli ziyan vurmuşdu. Bu ilin iyunun 4-də də eyni hal yaşanıb.

Kənd sakinlərinin sözlərinə görə, kənddən təxminən 7-8 km aralıda dağ massivində yerləşən vulkan nəticəsində palçıq qatı kəndə doğru istiqamətlənmibşdi.

 

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*