Amerikanın “FedEx” kuryer şirkətinə məxsus təyyarə Newark Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra FedEx təyyarəsinin mühərriki qəfil alovlanıb, bu da təcili enişə səbəb olub.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə yerindən çəkilmiş görüntülərdə Boeing 767-3S2F tipli təyyarənin sağ mühərrikindən alov püskürdüyü və saat 08:00 radələrində sürətlə yenidən eniş zolağına yönəldiyi görünür.
New York və New Jersey Liman İdarəsi ilə FedEx-in verdiyi məlumata görə, qəfil alovlanmaya quşun mühərrikə çırpılması səbəb olub.
“Newarkdan Indianapolisə uçan FedEx 3609 reysi havaya qalxarkən quşla toqquşma yaşadı. Ekipajımız təcili vəziyyət elan edərək təhlükəsiz şəkildə Newark-a qayıtdı. Biz ekipajımızın və ilk yardım qruplarının sürətli hərəkətlərinə görə minnətdarıq,” – FedEx nümayəndəsi The Post-a bildirib.