TASS İnformasiya Agentliyindən ayrılmağımla bağlı indi geniş danışmaq istəmirəm. Bir həftəyə məsələ ilə əlaqədar ictimaiyyətə geniş açıqlama verəcəyəm.
KONKRET.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında tanınmış jurnalist Mixail Qusman deyib.
Qeyd edək ki, TASS İnformasiya Agentliyinin baş redaktorunun birinci müavini Mixail Qusmanın ötən gün Baş nazir Mixail Mişustinin əmri ilə vəzifəsindən azad olunub.