ABŞ-la sərhədin mühafizəsini gücləndirmək üçün ayrılmış Meksika Milli Qvardiyasının 10 min nəfərlik kontingentinin ilk bölmələri qarşıya qoyulan vəzifələri yerinə yetirməyə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Nəşrin məlumatına görə, Milli Qvardiyaçıların ilk dəstələri hava yolu ilə sərhədyanı şəhərlərə çatdırılıb. Onlar artıq ölkənin şimal sərhədi boyunca qüvvələr və resursları yerləşdirməyə başlayıblar. Yeni gələn bölmələrin komandirlərindən birinin sözlərinə görə, Milli Qvardiyanın döyüşçüləri Meksikadan ABŞ-a narkotik qaçaqmalçılığının qarşısını almaq üçün sərhəddə daimi müşahidə aparacaq.
Vəli Həsənoğlu,
KONKRET.az