Kremlin ruporu Vladimir Solovyov Ukrayna hakimiyyətinə qarşı təhdid dolu çıxış edib.
KONKRET.az xəbər verir ki, o, Rusiyanı Krım körpüsünə hücuma cavab olaraq Ukraynaya qarşı təxribata səsləyib:
“Bankovaya hələ də dayanır və ya orada nəhəng bir krater var? Bəs Radanın binası hələ də dağılmayıb? Bəs Dnepr üzərindəki körpülər haqqında nə demək olar? Onlar hələ də dayanırlar?” – Solovyov Telegram kanalında yazıb.
Günel Mikayılova,
KONKRET.az