Türkiyəli müğənni Rafət Əl Roman yenidən Azərbaycana gəlib.
KONKRET.az Baku.ws-a istinadən xəbər verir ki, paytaxt Bakının qonağı olan sənətçi dəbdəbəli məkanlardan birində çıxış edib.
Əl Roman onu sevənlər üçün hit mahnılarını səsləndirib. Oxumaqla yanaşı rəqs də edən ifaçının bu performası onu sevənlər tərəfindən maraq və coşğu ilə qarşılanıb.
Qeyd edək ki, Rafət sonuncu dəfə noyabrda Bakıya gəlib.