“Rahat” market qanunsuz parklanma yeri təşkil etdi – FOTObackend

“Rahat” market qanunsuz parklanma yeri təşkil etdi - FOTO

“ANC group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Rahat” marketin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana 112 (BNAİE Maşınqayırma /Yod Zavodu) yaxınlığında yerləşən filialı piyadalar üçün nəzərdə tutulan səkini zəbt edib.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a ərazidə yaşayan sakinlər bildiriblər.

Yol polisləri istənilən vaxt reyd keçirə bilərlərmi? - AÇIQLAMA Pravda.az

Qeyd olunub ki, səki avtomobillər üçün parkinq edilib.

“Əvvəllər səki var idi, normal hərəkət edə bilirdik. İndi isə mümkün deyil. Yolun qarşı tərəfi də avtomobil təmiri sexidir, oradan da keçmək mümkün deyil. Təsəvvür edin, günün bütün saatlarında tıxac olur, mağazaya gələn alıcıların avtomobilləri, marketə mal gətirən yük avtomobilləri… Yolun hərəkət hissəsində də avtomobil saxlayırlar. Əvvəllər belə deyildi. Kimə şikayət edək, bilmirik. İrad da bildirən də belə olmalı imiş kimi davranırlar. Dövlətin müvafiq orqanları, xüsusi dövlət yol polisi idarəsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi hara baxır, niyə bu yola nəzarət etmirlər, kameralar quraşdırılmır, cəza tədbirləri görülmür?!”– sakinlər bildirib.

Bir müddət əvvəl, sosial şəbəkədə analoji hal başqa filialla bağlı paylaşılmışdı. Şikayətçi bildirirdi ki, avtomobili park etdiyinə görə cərimə yazılıb, o, “Rahat” marketə müraciət etdikdə, deyilib ki, burada cərimə yazıla bilməz. Amma fakt faktlığında qalır, sürücü cəriməni ödəməlidir, çünki parklanma yeri qanunsuz təşkil olunub.

Tanınmış vəkil Turan Abdullazadə Pravda.az-a açıqlamasında deyib ki, “Yol hərəkəti haqqında” qanuna  əsasən, dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir:

“İnzibati Xətalar Məcəlləsinə görə, dövlət qeydiyyatına, yəni vergi uçotuna alınmadan, yaxud sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, eyni zamanda lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın – əldə edilmiş gəlirin 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq edilir. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təşkil edilir. Parklanma yerlərinin təşkili qaydaları da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bunu da diqqətinizə çatdırım ki, siyahısı müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət orqanlarının yerləşdiyi inzibati binaların ətrafında müvafiq icra hakimiyyəti orqanının hər biri üçün ayrılıqda müəyyən etdiyi radius çərçivəsində ödənişli parklanma yerlərinin təşkili qadağandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*