Ramana qəsəbəsində yanğın oldubackend

Ramana qəsəbəsində yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

KONKRET.az -ın nazirliyin saytına istinadən xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, gölə yaxın açıq ərazidə təqribən 70 m² sahədə təkər və məişət tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*