Ramanada AĞIR QƏZA: avtomobil qaz borusuna çırpıldı – VİDEObackend

Ramanada AĞIR QƏZA: avtomobil qaz borusuna çırpıldı - VİDEO

Ramanada Daş karxanası adlanan ərazidə, 22 nömrəli orta məktəbin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-a daxil olan məlumata görə, sürət həddini aşan avtomobil yoldan çıxaraq qaz borusuna çırpılıb.

Məlumata görə, hadisə nəticəsində bir qadın ağır yaralanıb.

Qadın Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin köməyilə Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qəza törədən avtomobildə azyaşlı uşaqların olduğu da bildirilir. Məlumata görə, uşaqlar da yüngül xəsarətlərlə şəxsi avtomobillə xəstəxanalardan birinə aparılıb.

Bünyamin Bünyadzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*