Ramin Əzizov: “Karyerasını bitirən idmançıya necə cəza verilə bilər?”backend

Ramin Əzizov: "Karyerasını bitirən idmançıya necə cəza verilə bilər?"

“Mən AMADA-ya verdiyim ərizədə göstərmişəm ki, köhnə dopinq testlərinin nəticələrinə əsasən, cəza veriblər. Diskvalifikasiyadan əvvəl idman karyeramı başa vurmuşdum”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən 2 illk cəzaya məruz qalan taekvondoçu Ramin Əzizov deyib.

2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olan idmançı ilin əvvəlində karyerasını bitirdiyini bildirib. O, deyib ki, cəzadan əvvəl AMADA-da izahat yazıb: “AMADA-dan istəsəniz və ya onların göstərmək hüququ varsa, həmin izahatı göstərə bilərlər. Orada qeyd olunub ki, mənə cəza verilməmişdən əvvəl karyeramı başa vurmuşam. Cəza izahatdan bir ay sonra olub. Mən onlara dedim ki, karyeramı bitirmişəm, bundan sonra da döyüşməyəcəyəm, 32 yaşım var. Karyerasını başa vuran idmançıya necə cəza verilə bilər? Onu başa düşə bilmirəm”.

Qeyd edək ki, Ramin Əzizov 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. O, 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb. (Report)

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*