“Ramiz Mehdiyev gələndə dik dayanan “hörmətli” adamlar gözümdən düşdü. Bu simasızların əlindən hara qaçaq?” – Xeyrəddin Qocabackend

"Ramiz Mehdiyev gələndə dik dayanan "hörmətli" adamlar gözümdən düşdü. Bu simasızların əlindən hara qaçaq?" - Xeyrəddin Qoca

“Bizim hamımızın ağsaqqal kimi tanıdığımız Murtuz Ələskərov Allahın rəhmətinə getmişdi. Həyətdə uzun çadır qurulmuşdu və ölkənin çox hörmətli insanları yas məclisinə gəlmişdilər. Oturduğumuz yerdə birdən hamı ayağa qalxdı. Mən yerimdə ora-bura boylandım ki, görəsən, nə olub? Yanımda ayaq üstə dik dayanan məhkəmə hakimi kürəyimi dürtmələdi ki, ayağa qalxım. Hələ heç nə başa düşmürdüm. Elə fikirləşdim ki, yəqin Prezident gəlir. Yenicə qalxmışdım, gördüm Ramiz Mehdiyevlə Ramil Usubov qarşımızdan keçib, yas məclisini tərk edirlər!”.

KONKRET.az xəbər verir ki, bu sözləri özünün Facebook səhifəsində Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu, yazar Xeyrəddin Qoca paylaşıb.

“Əsgər kimi dik dayanan oradakı “hörmətli” adamlar tamam gözümdən düşdülər! Nə isə, çox iyrənc görünürdülər! YAP-da da təpədən-dırnağa “ramizləşmiş” belə bir adam var. Yığıncağa qəsdən yubanır, insanlarla dolu salona elə daxil olur ki, sanki aktyor kimi səhnəyə atılır, çoxları özünü itirib, ayağa qalxırlar!.. Nə qədər mənasız, məzmunsuz danışsa da, ona əl çalırlar! Biz bu simasızların əlindən hara qaçaq?”, – deyə keçmiş millət vəkili bildirib.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*