Ramiz Mehdiyevə vəzifə – AMEA-nın prezidenti seçildibackend

Ramiz Mehdiyevə vəzifə - AMEA-nın prezidenti seçildi

Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin.

*****

AMEA-nın ümumi yığıncağında Akademiyanın prezidenti vəzifəsinə seçki başlayıb.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib.

Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb.

Ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*