“Ramiz Mehdiyevi neytrallaşdırmaq lazımdır” – Sərdar Cəlaloğlubackend

"Ramiz Mehdiyevi neytrallaşdırmaq lazımdır" - Sərdar Cəlaloğlu

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev Əfv Komissiyasının sədrliyindən çıxarılıb.

Mövzunu ADP sədri Sərdar Cəlaloğlu ilə davam etdirdik. O, KONKRET.az-a açıqlamasında bildirdi ki, əslində Ramiz Mehdiyev təkcə Əfv Komissiyasından deyil, həm də Təhlükəsizlik Şurasından və Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən uzaqlaşdırılmalıdır:

“Neçə ki, Ramiz Mehdiyevin əlində səlahiyyətlər var, ölkə daxilində çaxnaşlamalar və müəyyən təxribatçı addımların olmasını biz gözləməliyik. Xüsüsilə də bizi istəməyən dövlətlər onun əli ilə hər cür hadisələr törədə bilər. Ona görə də Ramiz Mehdiyevi neytrallaşdırmaq lazımdır. Təbii ki, təkcə Ramiz Mehdiyevi deyil, onunla əlaqədə olan bütün vəzifəli şəxslərin əllərindəki səlahiyyət alınmalıdır. Təkcə uzaqlaşdırmaqla kifayətlənməməli, onlar üzərində dövlət nəzarətini artırmaq lazımdır”.

Sərdar Cəlaloğlu fikrini belə tamamladı:

“Əlbəttə, biz repressiya tərəfdarı deyilik. Ramiz Mehdiyev və onun tərəfdarlarına qarşı hər hansı repressiyanın aparılması məqsədə uyğun olmaz, amma dövlətimiz və seçdiyi siyasi kurs naminə bu insanların üzərinə nəzarət qoyulmalıdır. Xüsüsilə də bəzi ölkələrin bu adamlar vasitəsi ilə Azərbaycandakı hadisələrə nüfuz etməsinin qarşısı alınmalıdır”.

Natiq Səlim

KONKRET.az

  • Profesor
    Sentyabr 11, 2020 - 11:50

    Güzel fikir. Ama halen, hiç bir resmi organ, Hiç bir mevzuda, açıklama vermir. Çemiyet gergin veziyette qalır.
    Bu mevzuda yazmak lazım.
    Ne prokuraturs, ne DİN ne DTH, hiç birisi. Milli Meclis’te susur, hatta AMEA ‘nın , RM barade hiç bir açıklaması yoktur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*