Abşeron Rayon Məhkəməsi Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayevə də hökm oxuyub.
KONKRET.az xəbər verir ki, o da 15 sutka inzibati həbs cəzası alıb.
***
13:15
Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, o, ifadəsində karantin qaydalarının pozulmadığını, kiçik ailə məclisi təşkil etdiklərini deyib:
“Məclisdə dörd nəfər ailə üzvüm və onların qohumları olub. Mən məclisə quda kimi qonaq qismində dəvət olunmuşdum. Nişan məclisi idi”.
Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir.
***
13:03
Abşeron Rayon Məhkəməsi Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxuyub.
KONKRET.az xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.
***
Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirildi.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, onlar karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar.
Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə ittiham olunurlar.
Prosesə hakim Şövkət Nəcəfovanın icraatında baxılır.
***
11:55
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni eks-deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilib.
KONKRET.az xəbər verir ki, buna səbəb onun avqustun 18-də bağ evində qızı Fidan Əliyeva üçün keçirdiyi toy mərasimi olub.
Karantin qaydalarını pozduqları üçün cəmiyyətdə geniş müzakirələrə səbəb olan toy sahibləri barədə qanuna müvafiq formada ölçü götürüləcək.
Əlavə məlumat veriləcək./oxu.az/