Mərhum xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzov sosial şəbəkədə atasıyla bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, Cavidan Novruz bu sözləri yazıb:
“Allahdan tək istəyim Ramiz Novruzun yuxuma heç olmasa bir dəqiqəlik gəlməsidir. Məni ancaq yerimdə olan və bu acını yaşayan insanlar tam anlayacaq. Allah hər birinizdən razı olsun, atamı nə qədər sevdiyinizi o qədər hiss etdirdiniz ki, bu, mənə və ailəmə ən gözəl təskinlik idi.
Bütün Ramiz Novruz yaradıcılığını sevənlər, Allah sizlərdən min dəfə razı olsun. İnanılmaz dərəcədə pisəm. Elə bir arxa dayaq, elə bir insanı gözlənilmədən itirdim ki, bu, məndə uzun illər tramva qalacaq.
Çox güman ki, nə efirdə, nə də səhnədə olacam. Çünki psixoloji və mənəvi olaraq hər şeydən soyumuşam. Açıq və səmimi deyirəm. Atamın üç və yeddi mərasimi həftənin dördüncü günü keçiriləcək”.
Qeyd edək ki, Ramiz Novruz ötən gün mədə xərçəngindən dünyasını dəyişib. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Ramuz Novruzov səhnə üçün doğulmuşdu.Yaratdlğı obrazlar xoş bir xatirədir.İllər ötsə də,Ramiz bəy unudulmaz bir sənətkar kimi qəlbimizdə yaşayacaq.Rahat uyu,ƏZİZ DOST,BÖYÜK SƏNƏTKAR.Adın çəkiləndə səni sevənlərin simasına hər zaman təbəssüm bəxş edəcəksən.Şən zarafatların da səni daha çox unudulmaz edəcək.Məkanın Cənnət olsun!Amin.