“Range Rover”lə vurulan piyada “Prius”un təkərləri altında qaldıbackend

“Range Rover”lə vurulan piyada “Prius”un təkərləri altında qaldı

Sabunçu Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Sakit Fərəclinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il Sabunçu rayonu, Zabrat-Maştağa şossesində qeydə alınıb.

Belə ki, Sakit Fərəcli idarə etdiyi “Range Rover” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidində yolu sağdan sola keçən piyada M.M.-ni (şərti) vurub. Bu zaman həmin şəxs əks istiqamətli hərəkət zolağında hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin altına düşərək ölüb.

Hadisədən sonra Sakit Fərəcli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. /pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*