“Rasim Balayevin qardaşının vida mərasimində zalı tərk etdiyini görməmişəm”backend

“Rasim Balayevin qardaşının vida mərasimində zalı tərk etdiyini görməmişəm”

“Rasim Balayevin qardaşının vida mərasimində zalı tərk etdiyini görməmişəm. Min illərdir qayda-qanun budur ki, yasa gələnlər də qonaq sayılır. Həm Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, həm də Baba Vəziroğlu kimi gördüm ki, yer yoxdur, iştirak etdim. İştirak edəndə mütləq oturmağın, yaxud ayaq üstə olmağın nə mənası var?”

KONKRET.az Pravda.az-a istinadla xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

O əlavə edib: “Sən Balayevin son vidasına gəlmisən. Bu mənada Rasim Balayevin qardaşı elə ayaq üstündə qalmalı idi də. Axı qardaşı ev sahibdir. Kim olsa, ayaq üstə yox, lap təpəsi üstündə də qalar. Əsas yasa gələnləri qarşılamaqdır. Burda təəccüblü nə var ki?!

O, qonaqları qarşılayıb, onları əyləşdirməlidir. Balayevin bütün qohumlarını üzdən tanıyıram, amma bilmirəm, hansı qardaşıdır, hansı əmioğlu. Çünki Rasim Balayev əmisi qızı ilə ailə həyatı qurub. Qardaşlar, əmioğlular hamısı bir-birinə qarışıb. Bəlkə də, qardaşı yox, əmisi oğlu olub? Hamısı Balayevdir”.

B.Vəziroğlu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun, eyni zamanda komitə üzvlərinin vida mərasiminə və dəfnə gəlmədikləri üçün tənqid olunmalarına münasibət bildirib:

“Dünən deputatlarla birgə tədbirdə idim. İnanın ki, çoxu həmin vaxt ölkədə olmayıb. Necə durub gələrdilər? Əlbəttə, milyonlarla insan Balayevin xətrini istədiyi kimi deputatlar da istəyirlər. Onlar da Azərbaycan vətəndaşlarıdırlar, erməni deyillər ki. Görünür, imkan olmayıb. Hətta mənə bir neçəsi zəng etdi, soruşdu. Məsələn, Novruz Aslan yanıb töküldü ki, vay, vay, necə çata bilmədim. Elə vaxta düşdü ki, raketlə də gəlsən, gəlib çatmaq mümkün deyildi.

Mədəniyyət naziri, əziz dostumuz Adil Kərimli də xaricdə olub. Yazırlar ki, nazir niyə iştirak etməyib. Balayevin ölümü yayın ortasında qar yağması kimi qəfil təbiət hadisəsi oldu. Nə edək? Ən yaxın dostlarından biri mənəm. Birdən mən də Avropa səfərində olaydım. Yazacaqdılar ki, nə pis adamdır, dostunun dəfninə gəlmədi? Normal bir şeydir. Burda məqsədli nəsə olmayıb. Dünən deputatların çoxu Dünya Autizm haqqında Məlumatlandırma Günü ilə bağlı tədbirdə idi. Onlar belə şeylərdən imtina edən adamlar deyillər. Çoxu dedi ki, tədbiri bitirək, Balayevin yasına gedirik. Doğrudan da, tədbirdən çıxıb birbaşa yasa gəldik.

Qaranlıq otaqda pişik axtarmağın mənası yoxdur. Sadəcə, ölkədə olmayıblar. O yazıqlara ildə bir dəfə tətil verilir. Xaricə övladının yanına gedənlər olur. Rayona gedənlər isə gələ bilərdilər. Aqil Abbas deyib ki, rayondayam. Rayondan Bakıya gəlməyə nə var idi ki? Naxçıvanda olan deputatlar da olub. Naxçıvandan bura gəlmək müşkül məsələdir. Reyslər, sərhəddə müharibə… Amma mən heç birini qınamıram. Bilirəm ki, imkan olsaydı, məmnuniyyətlə gələrdilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*