Razi Nurullayev daha çox hansı rəqibindən çəkinir? – AÇIQLAMAbackend

Razi Nurullayev daha çox hansı rəqibindən çəkinir? - AÇIQLAMA

Milli Məclisin VI çağırış deputatı, 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev YAP-ın namizədlər siyahısı haqqında fikir bildirmək istəməyib.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Razi Nurullayev bunu hakim partiyanın daxili işi adlandırıb:

“YAP-ın seçki siyahısı YAP-ın daxili işi, daxili siyasətidir. Seçkidən gözləntilərim isə normal və şəffaf keçməsidir”.

O, “namizəd olduğunuz dairədə özünüzə ən güclü rəqib kimi sayırsınız?” sualını isə belə cavablandırıb:

“Hər bir namizədə hörmətlə yanaşıram. Amma sözügedən dairədən kimlərin namizəd olmasından xəbərim yoxdur. Namizədlərin verilməsi prosesi davam edir. Ona görə də rəqiblərim barədə ətraflı nəsə deyə bilməyəcəm. Ancaq onu deyə bilərəm ki, öz dairəmdə çox yaxşı işləmişəm”.

Xatırladaq ki, YAP-ın 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi Məmmədov İsrafil Zakir oğludur.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*