Paşinyan müjdəni verdi: Azərbaycanla ilk dövlətlərarası sənədimiz varbackend

Paşinyan müjdəni verdi: Azərbaycanla ilk dövlətlərarası sənədimiz var

Delimitasiya komissiyalarının iclası ilə bağlı razılıq əldə edildikdə, bu barədə məlumat veriləcək. Hələlik görüşün vaxtı ilə bağlı konkret razılaşma yoxdur.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Hər şey komissiyanın nizamnaməsində göstərildiyi kimi olacaq. Sənəd dərc olunub. Biz hazırıq və səmimiyyətlə deməliyəm ki, delimitasiya prosesi, əslində, 2024-cü ildə çox konkretləşdi. Azərbaycanla ilk dövlətlərarası sənədimiz var. Ölkələrin hər biri prinsipial əhəmiyyət kəsb edən bu sənədi təsdiqləyib. Artıq razılıq var ki, qarşıdakı dövrdə komissiyalar və tərəflər Ermənistan-Azərbaycan sərhədinin Gürcüstan sərhədindən İran sərhədinə qədər demarkasiyası işinə diqqət yetirəcəklər”, – Paşinyan bildirib.

Azərbaycanla sülh sazişi məsələsinə toxunan erməni baş nazir bildirib ki, bununla bağlı yenilik yoxdur:

“Mən artıq demişəm ki, 17 bəndin 15-i razılaşdırılıb. Razılaşdırılmamış iki məqam var və Ermənistan onların hər ikisi üçün həll yolları təklif edib. Onlardan biri üçüncü ölkə qüvvələrinin nümayəndələrinin sərhəd boyu yerləşdirilməməsinə aiddir. Biz bunu sərhədə, delimitasiya olunmuş ərazilərə tətbiq etməyi təklif edirik. Hüquqi məsələlərlə bağlı mübahisələrin beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi də var ki, müəyyən şərtlər daxilində bizim üçün məqbul ola bilər, o mənada ki, biz nəinki beynəlxalq məhkəmələrdən nəyisə geri götürürük, həm də bu mübahisələrdən tamamilə imtina edirik. Əks halda elə bir vəziyyət yarana bilər ki, biz hansısa məsələni geri götürürük, Azərbaycan da öz iddialarını geri götürür, yəni biz bunu beynəlxalq qurumların baxılmasına təqdim etməyəcəyimizlə bağlı razılaşdırdıq. Lakin növbəti mərhələdə Azərbaycan bu məsələləri ikitərəfli danışıqlar masasına qoyacaq və münasibətlər də bunun ətrafında gərginləşə bilər. Bu halda biz beynəlxalq platformalardan istifadə edərək, bu eskalasiya riskini idarə etmək üçün artıq yolumuzu bağlayacağıq”./axaraz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*