Raziyə İsayevaya yüksək vəzifə verildibackend

Raziyə İsayevaya yüksək vəzifə verildi

Xəzər Universitetinə yeni rektor təyin edilib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu posta Raziyə İsayeva gətirilib.

Qeyd edək ki, R.İsayeva bundan əvvəl universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.

R.İsayeva Xəzər Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” üzrə bakalavr dərəcəsi və Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi alıb. Corc Vaşinqton Universitetindən “Layihələrin idarə edilməsi” üzrə magistr sertifikatına malikdir. 2024-cü ildə Finlandiyanın Lapland Universitetində “Postsovet universitetində tələbə məşğulluğu – Azərbaycanda və Estoniyada mövcud vəziyyət və perspektivlər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək təhsil üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*