“Reaksiya Media Group” 10 YAŞINDA…backend

"Reaksiya Media Group" 10 YAŞINDA...

“Reaksiya Media Group” bu gün 10 yaşını qeyd edir.

KONKRET.az xəbər verir ki, şirkət 3 iyun 2015-ci il tarixindən fəaliyyətə başlayıb. Hazırda media holdinqin tərkibində fəaliyyət göstərən Reaksiya.az və Reaksiya TV vasitəsilə geniş oxucu auditoriyası qazanıb.

Ölkədə və dünyada baş verən proseslərə çevik reaksiya verən “Reaksiya Media Group” 10 il ərzində jurnalistikanın peşəkar prinsiplərinə sadiqliyi ilə rəqabətədavamlı media subyekti kimi böyük nüfuza yiyələnib.

Azərbaycanda və regionda cərəyan edən hadisələrə hər zaman milli mövqedən yanaşmağı hədəfləyən “Reaksiya Media Group” məqsədinə çatmaq üçün inamla irəliləyir.

Başda holdinqin təsisçisi, tanınmış jurnalist Zaur Qəriboğlu olmaqla bütün kollektivi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*