“Real” “Arsenal”ın futbolçusunu rekord məbləğə transfer edə bilərbackend

"Real" "Arsenal"ın futbolçusunu rekord məbləğə transfer edə bilər

İspaniyanın “Real” klubu Fransa millisinin futboçusu Uilyam Saliba üçün İngiltərə təmsilçisi “Arsenal” rekord məbləğ təklif etməyə hazırlaşır.

KONKRET.az “Fichajes”ə istinadən xəbər verir ki, “kral klubu” 24 yaşlı müdafiəçiyə görə 100 milyon avro ödəməyə hazırdır.

“Topçular” oyunçunu saxlamaq istəsələr də, belə təklifi rədd etmək çətin olacaq. Keçid baş tutsa, bir müdafiəçi üçün ödənilmiş transfer rekordu qırılacaq. Daha əvvəl “Mançester Siti” Yoşko Qvardiola görə “Leyptsiq”ə 90 milyon avro ödəyib.

Qeyd edək ki, “Real” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində məhz elə “Arsenal”a uduzub – 0:3, 1:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*