“Real”dan 73 il sonra bir İLKbackend

“Real”dan 73 il sonra bir İLK

“Real Madrid” üçün La Liqanın VI turunda “Espanyol”la oyun (4:1) əlamətdar olub.

KONKRET.az xəbər verir ki, “kral klubu”nun heyətində Kilian Mbappe matçda penalti zərbəsini dəqiq yerinə yetirib.

Bununla da İspaniya nəhəngi ilk altı turda 5-ci dəfə 11 metrlik cərimə zərbəsindən fərqlənib.

Madridlilərin tarixində sonuncu dəfə belə hadisə 1951-ci ildə baş vermişdi.

Qeyd edək ki, “Real” 14 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. “Espanyol” 7 xalla 13-cü pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*