İspaniyanın “Real” klubu baş məşqçi Karlo Ançelottinin ayrılığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
2021-ci ildən “Rael”ı çalışdıran təcrübəli mütəxəssis 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda Klublararası dünya çempionatının və UEFA Superkubokunun qalibi olub. O, 2 dəfə İspaniya Superkubokunu və eyni sayda ölkə kubokunu da qazanıb.
Qeyd edək ki, K.Ançelotti 2013-2015-ci illərdə də “Real”a rəhbərlik edib. O, ümumilikdə qazandığı 15 titulla “Real” tarixinin ən uğurlu baş məşqçisi hesab olunur.