“Real sektorda sərt karantin tətbiq olunmamalıdır” – Millət vəkili səbəbi açıqladıbackend

“Real sektorda sərt karantin tətbiq olunmamalıdır” – Millət vəkili səbəbi açıqladı

“Pandemiyanın təsirlərinə rəğmən bu ilin birinci rübündə qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 milyon dollar təşkil edib. Bu bütövlükdə müstəqillik illərində ən böyük həcmdə rüblük qeyri-neft ixracatıdır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov səsləndirib. O pandemiya dövründə qeyri-neft ixracatının armasını belə izah edib: “İlkin rəqəmlərə görə, Azərbaycanın qeyri-neft ixracatında Türkiyənin payı artıb. Qardaş ölkə bu ilin ilk ayında da 36.1 faiz payla Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə olub. Bu isə ondan xəbər verir ki, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var və bu da ümumi ixracatımızı artırıb”.

Vüqar Bayramov əlavə edib ki, bu ilin mart ayından etibarən Azərbaycan və Türkiyə arasında 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi: “Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə iki ölkə arasındakı mövcud 4.5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir. Artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir. Kənd təsərrüfatı məhsullarının qeyri-neft ixracatımızda payının çox olmasına baxmayaraq birinci rübdə emaledici məhsulların xaricə satışı artıb. Bu isə dəyər ifadəsində ölkəmizə daha çox valyutanın daxil olmasına imkan yaradıb”.

Vüqar Bayramov Nazirlər Kabinetinə - Müraciət Etdi - FED.az

Millət vəkili bildirib ki, bu ilin ilk 2 ayında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,1 faiz artıb: “Bütövlükdə, son statistika göstərir ki, lock-down tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir. Bu baxımdan da, pandemiyanın davam edən aylarında real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*