“Real TV”-nin müxbiri Ləman Ələşrəfqızı Aqiyə Naxçıvanlıya rəqib olacaqbackend

“Real TV”-nin müxbiri Aqiyə Naxçıvanlıya rəqib olacaq

Tanınmış jurnalist, “Real TV”-nin müxbiri Ləman Ələşrəfqızı deputatlığa namizəd olub.

KONKRET.az xəbər verir ki, o, bu barədə öz feysbuk səhifəsində yazıb.

“Real TV”-nin 48 yaşlı müxbiri 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd olacaq.

“Təşəbbüs isə özümdən də çox həmyerlilərimdən gəlib. Mən onların təşəbbüsünü dəyərləndirir, hər birinə təşəkkür edir və özümə uğurlar arzulayıram. Mənə səs versəniz millətimə və dövlətimə layiq deputat olacağıma söz verirəm”- deyə o, yazıb.

Xatırladaq ki, hazırda Milli Məclisdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsini YAP-nın üzvü Aqiyə Naxçıvanlı təmsil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*