***
11:16
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın rəsmi heyətlə Bakıda iştirak etdiyi görüşə telefonla qatılıb.
KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” hesabında qeyd edilir.
O, Qarabağda Ortaq Mərkəzdə fəaliyyət göstərəcək heyyətə müraciət edib:
“Qardaşım, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 gündə dastan kimi qələbə qazandınız. Azərbaycan ordusunu Dağlıq Qarabağın və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda mübarizədə qazandıqları qələbəyə görə təbrik edirəm. Bu qələbə bizi azərbaycanlı qardaşlar qədər sevindirib və qürurlandırıb”.
Ərdoğan 10 dekabrda Azadlıq Meydanında keçirilən qələbə mərasimində Azərbaycan xalqının qürurunu bölüşdüklərini də xatırladıb:
“Qardaş Azərbaycan Qafqaz İslam Ordusunu dualar və sevinc göz yaşları ilə qarşıladığı kimi, Türk Silahlı Qüvvələrini də 10 dekabrda eyni həyəcanla qarşıladı”.
salam cənap recep teyyup ərdoğan mən sizi azerbaycan respublikasından narahat edirəm cəfərov arzu ələkbər oğlu 1990 cı il şəmkir rayonun zəyəm qəsəbəsində anadan olmuşam mənim qardaşım heydərov azər ələkbər oğlu birinci qurup əlildir əqli zəyiflikdən əziyət cəkir onun malicəsi ücün sizdən kömək isdəyirəm bə bizim evimiz qəzalı vəziyədədir bir otaqlı evdə 6 nəfər yaşayırıq biz cox imkansız ailəyik sizdən artıx dərəcədə xaişd edirəm bizə köək edəsiz