Regionda üç ölkə silkələndi – Azərbaycanda da güclü zəlzələ olacaq?backend

Regionda üç ölkə silkələndi – Azərbaycanda da güclü zəlzələ olacaq?

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətlərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Eyni zamanda, Rusiyanın Kamçatka sahillərində 6 ballıq zəlzələ baş verib. Bənzər təkanlar daha aşağı bal gücündə Türkiyədə də müşahidə olunub. Regionda başlayan zəlzələ dalğası Azərbaycanda da narahatlıq doğurub.

Ölkəmizdə güclü zəlzələ gözlənilirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov bildirib ki, “heç vaxt zəlzələ olmayacaq” demək düzgün deyil.

Onun sözlərinə görə, zəlzələlərin baş verməsi Yer kürəsindəki geoloji və iqlim dəyişikliklərindən asılıdır:

“Məsələn, Kamçatka bölgəsindəki zəlzələ və ərazidə yaranan qasırğa, daşqınlar həmin dəyişikliklərin nəticəsidir. Əgər Yer kürəsində ciddi dəyişikliklər olarsa, Azərbaycanda da zəlzələ baş verə bilər. Güclü yağışlar və daşqınlar tarazlığı poza bilər ki, bu da zəlzələlərə səbəb olar. Belə hadisələr tamamilə mümkündür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*