İran prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə səfər edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır.
Görüşlərdə əsas müzakirə mövzusu terrorizmlə mübarizə tədbirləri olacaq.
Qeyd edək ki, İbrahim Rəisinin daha əvvəl noyabrın 28-nə planlaşdırılan Türkiyə səfəri təxirə salınıb.
Rəsmiyə Şərifova,
KONKRET.az