Rejissor jurnalisti HƏDƏLƏDİ – “İstəyirsən, sənə o qızın lüt şəkillərini…” – VİDEO +18backend

Rejissor jurnalisti HƏDƏLƏDİ - "İstəyirsən, sənə o qızın lüt şəkillərini..." - VİDEO +18

Xəbər verildiyi kimi Səbinə adlı gənc aktrisa iddia edib ki, “Aldanmış hisslər” serialının rejissoru Faiq Nağıyev onu bu seriala çəkməsi üçün prodüseri vasitəsilə ona əxlaqsız təklif edib. Bu barədə xəbər portallarından xəbər dərc olunub.

KONKRET.az xəbər verir ki, bizimyol.info-nun əməkdaşı məsələni araşdırmaq üçün adı hallanan rejissor Faiq Nağıyevlə əlaqə saxlayıb, onun mövqeyini öyənərək xəbər hazırlayıb.

F.Nağıyev məsələ ilə açıqlamasında o, iddianı qəbul etməyib. O, “Bir də bu məsələ ilə bağlı məni narahat etməyin” deyib. Onun mövqeyi xəbərdə dərc olunub.

Xəbər dərc olunandan sonra F.Nağıyev jurnalistlə əlaqə saxlayaraq onu təhdid edib. “Sənin başına oyun açacam… Sən kimsən ki, mənim haqqımda xəbər yazırsan?.. İstəyirsən, sənə o qızın lüt şəkillərini göndərim…”.

Xatırladaq ki, ATV-də yayımılanan serialda “Aldanmış hisslər” serialının rejissoru ilə bağlı bunları deyib: “Siz necə murdar adamsınız?! Allah sizin kimi produserlərin, rejissorların kökünü kəssin! ATV-də yayımlanacaq “Aldanmış hisslər” serialında Faiq Nağıyev adlı şəxs rejisor olduğunu bildirərək mənə yazdı. Baş rollardan birinə getdim, danışdım. “Özümə güvənirəm, istədiyiniz obrazı yaratmağı bacaracam” dedim.

Bir gün sonra bir xanım mənə zəng vurub dedi ki, əgər rejissorla yaxınlıq etsən, onunla sevgili olsan səni qabağa çəkəcək. Yoxsa, onun ətrafında 18-20 yaşında qızlar çoxdur. O, səndən cavab gözləyir. Təbii ki, mən onun layiqli cavabını verdim. Bu paylaşımı ona görə edirəm ki, bir az utansınlar. Serial çəkib efirə verə bilir deyə, qızlardan görün necə istifadə edirlər. İyrənirəm sizdən də, gördüyünüz işlərdən də! Bu şərəfsizlər yox olub getmədikcə Azərbaycan incəsənəti düzəlməz!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*